VİDEO: "Fənərbağça" vəfat etmiş azarkeşinin arzusunu yerinə yetirdi

VİDEO: "Fənərbağça" vəfat etmiş azarkeşinin arzusunu yerinə yetirdi

"Fənərbağça" klubu xərçəng xəstəliyindən vəfat edən azarkeşinin arzusunu reallaşdırıb.

"Mediasport" xəbər verir ki, İstanbul klubunun xanım azarkeşlərindən Duyğu Özdin xəstəliklə mübarizə apardığı müddətdə, "Mən xərçəngə qalib gəlsəm, stadionda şar uçura bilərsiniz?" sualı ilə sosial mediada təsirli paylaşım edib.

Klub rəhbərliyi isə komandanın "Feyenoord"la UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə (5:2) onun arzusunu yerinə yetirib və klubun yaradıldığı ili nəzərə alaraq, səmaya 1907 şar buraxıb.

Xatırladaq ki, Duyğu Özdin 21 iyul 2025-ci ildə xərçəng xəstəliyindən vəfat edib.