UEFA Çempionlar Liqasını ən çox qazanan baş məşqçilər - SİYAHI

UEFA Çempionlar Liqasını ən çox qazanan baş məşqçilər - SİYAHI

Çempionlar Liqasını ən çox qazanan baş məşqçilərin adları açıqlanıb.

PSJ-nin çalışdırıcısı Luis Enrike də həmin siyahıda yer alıb.

Onun komandası ötən gecə Macarıstanda "Arsenal"ı məğlub edərək (1:1, penaltilər - 4:3) ardıcıl 2-ci dəfə kuboka sahib çıxıb.

Beləliklə, Enrike "Barselona" ilə 1, PSJ ilə 2 dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olub.

UEFA Çempionlar Liqasının ən çox qalibi olan baş məşqçilər:

Karlo Ançelotti - "Milan" (2 dəfə), "Real" (3 dəfə)

Luis Enrike - "Barselona" (1 dəfə), PSJ (2 dəfə)

Pep Qvardiola - "Barselona" (2 dəfə), "Mançester Siti" (1 dəfə)

Bob Peysli - "Liverpul" (3 dəfə)

Zinəddin Zidan - "Real" (3 dəfə)

Mediasport.com.az