Portuqaliya yığması DÇ-2026-ya şok xal itkisi ilə başladı - VİDEO

Portuqaliya yığması DÇ-2026-ya şok xal itkisi ilə başladı - VİDEO

Portuqaliya milli komandası Dünya Kubokunda ilk oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Roberto Martinesin baş məşqçisi olduğu iddialı kollektiv startda gözlənilməz xal itkisi ilə üzləşib.

K qrupunda yer alan "qırmızılar" 50 ildən sonra DÇ-yə qatılan Konqo Demokratik Respublikası yığmasının müqavimətini qıra bilməyiblər - 1:1.

Qrupun digər komandaları - Kolumbiya və debütant Özbəkistan seçmələri gecə yarısı qarşılaşacaqlar.

Mundial iyulun 19-dək davam edəcək.