Dünya Kuboku: Misir yığması Belçika millisi ilə bərabərə qaldı
ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə 23-cü dünya çempionatında ilk turun görüşləri oynanılır.
"Mediasport" xəbər verir ki, G qrupunda yer alan Belçika milli komandası Misir yığması ilə qarşılaşıb.
Matçda hər iki qolu Afrika təmsilçisinin futbolçuları vursalar da, qalib müəyyənləşməyib - 1:1.
Məhəmməd Hani 66-cı dəqiqədə topu öz qapısından keçirib.
Qrupun İran - Yeni Zelandiya qarşılaşması Bakı vaxtilə saat 05:00-da start götürəcək.


