Premyer Liqanın iki komandası 1-ci liqanın bombardirini istəyir

 Premyer Liqanın iki komandası 1-ci liqanın bombardirini istəyir

Futbol üzrə Azərbaycan 1-ci Liqasının bombardiri Seyxan Fərəcov karyerasını Premyer Liqada davam etdirə bilər.

"Mediasport" xəbər verir ki, MOİK-in futbolçusu ilə elitanın iki komandası maraqlanır.

"Karvan-Yevlax" və "İmişli" 24 yaşlı hücumçunu qış transfer dönəmində heyətə qatmağa çalışır.

Çempionatın geridə qalan hissəsində 11 qol vurmuş forvardın "hərbçilər"lə yayadək müqaviləsi var.