9 qolun vurulduğu matçda "Qarabağ" uduzdu - TAM VİDEO

Yay təlim-məşq toplanışının ikinci mərhələsini Avstriyada keçən "Qarabağ" ilk yoxlama matçına çıxıb.
"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun komandası Ukraynanın "Metallist 1925" (Xarkov) kollektivi ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 19:30-da başlanan görüş 30 dəqiqədən ibarət 4 hissə olub. Ağdam təmsilçisi hissələrdə heyətləri dəyişərək bütün futbolçuları sınaqdan keçirib.
Ukrayna klubunun heyətində azərbaycanlı futbolçu Ramik Hacıyev diqqət çəkib. 19 yaşlı forvard bir qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.
"Qarabağ" iyulun 11-də Niderlandın “Tvente” klubu ilə iki dueldə üz-üzə gələcək.
Komandamız iyulun 15-də - son matçda Avstriya nəhəngi “Zalsburq”la görüşəcək.
Yoldaşlıq oyunu
"Qarabağ" - "Metallist 1925" (Ukrayna) 4:5
Qollar: Nəriman Axundzadə, 3, 13, Aleksek Kaşşuk, 96, Emmanuel Addai, 114-pen.,- Ermir Raşiça, 11, Matvey Pançenko, 26, Kevin Medina, 45-avtoqol, Ramik Hacıyev, 71, Ari Moura, 83-pen.,
"Qarabağ": 99. Maetuş Koxalski, 2. Mateuş Silva, 81. Kevin Medina, 27. Toral Bayramov, 18. Dani Bolt, 35. Pedro, 8. Marko Yankoviç, 20. Kadi, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 6. Habib Qədirov, 30. Abbas Hüseynov, 26. Amin Rzayev, 44. Elvin Cəfərquliyev, 32. Hikmət Cabrayılov, 11. Emmanuel Adai, 19. Mehdi Mütəllimli, 21. Aleksey Kaşşuk, 17. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı.