“Qarabağ”la oyuna pozitiv çıxmışdıq, ağır məğlubiyyət aldıq"

“Qarabağ”la oyuna pozitiv çıxmışdıq, ağır məğlubiyyət aldıq"

“Qarabağ”la oyuna pozitiv çıxmışdıq, ağır məğlubiyyət aldıq. Bu cür komandaya qarşı maksimum dərəcədə yaxşı oynamalısan, əks halda pis nəticə qaçılmazdır".

"Mediasport" xəbər verir ki, bu sözləri Niderlandın "Tvente" klubunun baş məşqçisi Yon van den Brom deyib.

Mütəxəssis Ağdam klubu ilə UEFA Konfrans Liqasının ilk pley-off matçı haqda danışıb, 0:1 hesablı ev məğlubiyyətini şərh edib:

"Bəzi oyunçular öz potensialından aşağı oynadılar. Bunu izah etmək çətindir, çünki oyuna son matçdakı heyətlə başlamışdıq. Amma bu cür vəziyyətlə qarşılaşdıq.

Bununla belə, bəzi müsbət məqamlarımız oldu. Cavab qarşılaşmasına ümidimiz var. İnanıram ki, səfərdə daha yaxşı çıxış edəcəyik".

Xatırladaq ki, komandalar arasında Bakıdakı cavab görüşü avqustun 27-də keçiriləcək.