Azərbaycan reytinqdə Rusiya, Slovakiya və Bolqarıstanı qabaqladı
Avrokubokların pley-off mərhələlərinin yekunlaşması ilə ölkələrin UEFA reytinqində mövqeyi yenilənib.
"Mediasport" xəbər verir ki, Azərbaycan adına ən yüksək nəticə bu mövsüm qeydə alınıb.
"Qarabağ"ın uğurlu çıxışları ilə pley-offa qədər irəliləməyimiz ölkəmizin 27-ci sırada qərarlaşmasına vəsilə olub.
Azərbaycanın sıralamada cari mövsümü bu pillədə başa vuracağı dəqiqləşib.
Ölkəmizin hesabında 22,937 xal var.
Cari sezon qazanılan 5,812 xalla Rusiya, Slovakiya və Bolqarıstanı geridə qoymağa müvəffəq olmuşuq.
UEFA Çempionlar Liqasında 1/8 finala qədər irəliləyən "Qarabağ" 4,687 xal toplayıb.
"Sabah" 0,625 xal, "Araz-Naxçıvan" 0,375 xal, "Zirə" isə 0,125 xal əldə edib.
