Rəşad Həsənov "Araz-Naxçıvan"da
"Araz-Naxçıvan" Rəşad Həsənovu heyətinə cəlb edib.
"Mediasport" xəbər verir ki, mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin müddəti 1 illikdir.
"Keşlə", "Şamaxı" və "Zirə"nin əvəzedicilərdən ibarət komandalarında çıxış edən 23 yaşlı futbolçu son mövsümü Birinci Liqada mübarizə aparan "Cəbrayıl"ın heyətində keçirib.
O, müxtəlif illərdə Azərbaycanın U-16, U-17, U-19 və U-21 millilərinə də dəvət alıb.
Muxtar Respublika təmsilçisi buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.


