"Neftçi"də aldığı zədəsini sağalda bilmədi - Futbolla erkən vidalaşdı
2024-cü ildə “Neftçi”nin heyətində 18 oyun keçirmiş Brayan Moreno gözlənilməz qərar verib.
"Mediasport" xəbər verir ki, kolumbiyalı hücumçu aktiv futbolçu karyerasını başa vurub.
Forvard 2024/2025 -ci illər mövsümündə "Səbail"lə qarşılaşmada qol sevinci zamanı aldığı zədədən xilas ola bilməyib.
Moreno əməliyyat keçirsə də, bərpası mümkün olmayıb.
Xatırladaq ki, "ağ-qaralar"ın heyətində 4 qol vurmuş cənubi amerikalı ilə o zaman anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilmişdi.
