"Turan Tovuz" Azərbaycan Kubokunda yarımfinala çıxdı
Futbol üzrə Azərbaycan Kubokunda daha bir komanda yarımfinala vəsiqə qazanıb.
"Mediasport" xəbər verir ki, 1/4 finalın cavab oyununda da "Kəpəz"i məğlub edən "Turan Tovuz" adını yarımfinala yazdırıb.
Kurban Berdıyevin komandası cavab qarşılaşmasında Gəncə klubunu 2 cavabsız qolla üstələyib.
Tovuzlular ilk matçda 1:0 hesablı qələbə qazanmışdılar. Komanda final yolunda "Zirə" ilə üz-üzə gələcək.
Xatırladaq ki, 1/4 finalın son oyununda "Sabah" səfərdə "Qəbələ"nin qonağı olacaq. Bu komandaların ilk dueli qolsuz yekunlaşıb.
