Milli komanda Latviyaya uçdu

 Milli komanda Latviyaya uçdu

İyunun 7-də yoldaşlıq görüşü çərçivəsində Latviya yığmasının qonağı olacaq Azərbaycan milli komandası Riqaya yola düşüb.

"Mediasport" xəbər verir ki, komandamızı səfərə aparan təyyarə saat 13:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından havaya qalxıb.

Yığmamız iiyunun 6-da Bakı vaxtı ilə saat 19:30-da matçın baş tutacağı “Skonto” stadionunda son məşqinə çıxacaq.

Latviya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.