"Mingəçevir" uduzdu, "Şəfa" erkən çempion ola bilmədi, "Səbail"dən növbəti qələbə - Sona 2 tur qaldı

"Mingəçevir" uduzdu, "Şəfa" erkən çempion ola bilmədi, "Səbail"dən növbəti qələbə - Sona 2 tur qaldı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 25-ci tur davam edir.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə üç matç keçirilib.

Lider "Şəfa" erkən çempionluğ əldən buraxıb. Paytaxt təmsilçisi autsayder "Difai"ni məğlub edə bilməyib.

Premyer Liqaya iddialı "Səbail" isə  növbəti qələbə ilə mövqeyini möhkəmləndirib və mövsümün sonuna iki tur qalmış liderlə xal fərqini 5-ə endirib.

Tura sabah yekun vurulacaq.

Xatırladaq ki, ilk gündə iddialılardan "Mingəçevir" gözlənilmədən "Şahdağ Qusar"a uduzub.


Azərbaycan 1-ci Liqası. 15-ci tur


5 may (çərşənbə axşamı)

“Şahdağ Qusar” – “Mingəçevir” 2:0

Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Safalı Ağayev, Niyaz Əhmədov

Şamaxı OİK stadionu


6 may (çərşənbə) 

“Şimal” – MOİK 1:1

Hakimlər: Mahmud Bağırzadə, Zakir Şükürzadə, Məmmədəli Kərimov, Səbuhi Bayramov

Şamaxı OİK stadionu


“Difai” – “Şəfa” 0:0

Hakimlər: İslam Məmmədov, Rəşad Quliyev, Elman Kərimov, Rövşən Rəcəbov

Buzovna qəsəbə stadionu


“Zaqatala” – “Səbail” 0:3

Hakimlər: Kamran Əliyev, Mirnihad Seyidov, Anar Bədəlov, Namiq Bəkirov

Zaqatala OİK stadionu 


7 may (cümə axşamı) 

“Cəbrayıl” – “Baku Sportinq”

Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev

Şamaxı OİK stadionu