"Qarabağ" milli komanda üzvləri ilə müqavilələri yeniləmədi

Azərbaycan çempionu "Qarabağ"ın heyətində "təmizləmə əməliyyatı" davam edir.
"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi daha iki futbolçusu ilə yollarını ayırıb.
"Köhlən atlar" müqaviləsi başa çatan Marko Veşoviç və iki ildir icarə əsasında "Zirə"də çıxış edən İsmayıl İbrahimli ilə vidalaşıb.
Qeyd edək ki, Qurban Qurbanovun komandası daha əvvəl Yassin Benzia və Patrik Andrade ilə anlaşmanın müddətini uzatmayıb.