Yığmamız Avropa çempionatında Bolqarıstanla bərabərə qaldı

Yığmamız Avropa çempionatında Bolqarıstanla bərabərə qaldı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində ilk oyununu keçirib.

"Mediasport" xəbər verir ki, B liqasının 2-ci qrupunda mübarizə aparan komanda Bolqarıstanla üz-üzə gəlib.

Plovdiv şəhərindəki "Xristo Botev" stadionunda baş tutan görüş heç-heçə bitib - 1:1.

Azərbaycan millisinin heyətində Əli Bəşirov 39-cu dəqiqədə penaltidən fərqlənib.

Qeyd edək ki, U-17 qrupdakı digər oyunlarını martın 27-də Litva, 30-da isə Malta seçmələrinə qarşı keçirəcək.