Premyer Liqa təmsilçisi Quba stadionunda təmir işləri aparır

“İmişli” Premyer Liqada ev oyunlarını keçirəcəyi Quba Olimpiya İdman Kompleksinin stadionunda təmir və yenidənqurma işləri aparır.
"Mediasport" xəbər verir ki, hazırda stadionda Peşəkar Futbol Liqasının (PFL) tələblərinə uyğun olaraq bir sıra əsaslı yeniliklər həyata keçirilir.
Paltardəyişmə otaqları, o cümlədən hakimlər, AFFA nümayəndələri üçün nəzərdə tutulan otaqlar müasir standartlara uyğunlaşdırılır.
Konfrans zalı yaradılıb, media zonası hazır vəziyyətə gətirilir. O cümlədən "CBC Sport"un yayım tələblərinə uyğun texniki platformalar quraşdırılır.
Xatırladaq ki, Aran təmsilçisi ev oyunlarını sentyabr ayından etibarən Quba şəhərində keçirməyi planlaşdırır.
Bu məqsədlə bütün zəruri addımlar atılıb və prosesə nəzarət diqqətlə həyata keçirilir.