Çempionlar Liqasında tarix yazan "Qarabağ" Bakıya qayıtdı - FOTO
UEFA Çempionlar Liqasında Azərbaycan adına tarix yazaraq ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” Vətənə qayıdıb.
"Mediasport" xəbər verir ki, komanda üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və futbolçuların yaxınları qarşılayıblar.
Qeyd edək ki, Ağdam klubunun 1/8 final yolunda rəqibi (PSJ və ya "Nyukasl") yanvarın 30-da keçiriləcək püşkatma mərasimində dəqiqləşəcək.




