"Qarabağ" və "Neftçi"nin istədiyi futbolçu Azərbaycana qayıtmadı
2023-2025-ci illərdə "Zirə"nin formasını geyinmiş Salifu Suma Azərbaycana gələsi olmayıb.
"Mediasport" xəbər verir ki, "Qarabağ" və "Neftçi"nin heyətinə qatmaq istədiyi "Malmö"nün vingeri Yunanıstana üz tutub.
İsveç klubu qvineyalı legionerini Superliqa təmsilçisi "Panetolikos"a icarəyə verib.
Tərəflər arasında razılaşma qarşıdakı mövsümü əhatə edəcək.
Qeyd edək ki, 22 yaşlı afrikalı ötən mövsümün ikinci yarısını icarə əsasında "Radomiak"da (Polşa) keçirib.


