"Qarabağ" ya Şimali İrlandiya, ya da Litva klubu ilə üz-üzə gələcək

"Qarabağ" ya Şimali İrlandiya, ya da Litva klubu ilə üz-üzə gələcək

"Qarabağ"ın UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, "atlılar" UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Vestri"yə məğlub olsa, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) - RFS (Litva) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da baş tutacaq.