"Qarabağ"ın dominantlığını qırmaq asan məsələ deyil"
"Sabah" yəqin ki, düşə biləcəklər arasında ən güclüsü idi. "Qarabağ"ın dominantlığını qırmaq asan məsələ deyil".
"Mediasport" xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"a rəqib olacaq Uelsin TNS klubunun baş məşqçisi Kreyq Harrison deyib.
İngiltərəli mütəxəssis sabah Bakıda keçiriləcək ilk matçla bağlı düşüncələrini bölüşüb.
48 yaşlı çalışdırıcı Azərbaycan çempionunun çətin rəqib olduğunu bildirib:
"Səfərdə keçiriləcək ilk oyun bizə müəyyən imkanlar verir, nə etməli olduğumuzu biləcəyik. Rəqibi istədiyimiz qədər analiz edə bilərik.
Ancaq onların səviyyəsini yalnız oyunda görə biləcəyik. İki oyunluq duellərdə şanslarımızı qorumalıyıq.
Komanda üzvləri onlardan nə tələb olunduğunu çox yaxşı bilirlər".
Xatırladaq ki, Masazırda keçiriləcək matç saat 20:00-da start götürəcək.
Cavab görüşü bir həftə sonra Uelsdə baş tutacaq.


