"Qarabağ"ın "Napoli" ilə oyununu məşhur hakim idarə edəcək
Noyabrın 25-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində İtaliyada keçiriləcək "Napoli" - "Qarabağ" oyununun hakimləri açıqlanıb.
"Mediasport" xəbər verir ki, Dieqo Armando Maradona adına stadionda baş tutacaq görüşü məşhur polşalı Şimon Marçinyak idarə edəcək.
Ona yan xətdə Tomaş Listkieviç və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voyçex Mik yerinə yetirəcək.
VAR hakimi niderlandlı Pol van Bokel, AVAR hakimi xorvatiyalı İvan Bebek olacaq.
Xatırladaq ki, matç saat 00:00-da start götürəcək.
