Rusiya klubu "Neftçi"yə verdiyi futbolçunu geri qaytaracaq

Rusiyanın “Baltika” klubunun baş direktoru Ravil İzmaylov "Neftçi"yə icarəyə verdikləri Aleks Fernandeşin geri qayıtmaq ehtimalı haqda danışıb.
Mediasport xəbər verir ki, Kalininqrad klubunun rəsmisi braziliyalı vingerin çıxışlarını diqqətdə saxlayacaqlarını bildiirb:
"Alekslə yollarımızı ayırmamışıq, onu icarəyə vermişik. Əgər artırsa, daha güclü olsa, baş məşqçimiz onu yenidən komandada görmək istəyəcək. Hesab edirəm ki, bu, bu gün üçün verilmiş ən yaxşı və düzgün qərar idi".
Qeyd edək ki, 22 yaşlı "sambaçı" mövsümün sonunadək "Neftçi"də oynayacaq. Tərəflərin razılaşmasına əsasən, anlaşma müddəti daha 6 ay uzadıla bilər.