"Qarabağ"ın üzvləri ölkələrində növbəti uğurlu matçlarını keçirdi
"Qarabağ"ın futbolçuları - Marko Yankoviç və Martin Zlomisliç ölkələrinin milli komandalarında növbəti uğurlu oyunlarını keçiriblər.
"Mediasport" xəbər verir ki, hər iki futbolçu UEFA Millətlər Liqasının 4-cü turunda meydana çıxıblar.
Yankoviçli Monteneqro yığması doğma meydanda Ermənistanı qəbul edib. Yarımmüdafiəçi 0:0 hesabı ilə başa çatan matçda 62 dəqiqə oynayıb.
Mirço Vuçiniçin komandası 4 turdan sonra 10 xalla C Divizionunun 2-ci qrupunda liderdir.
B Divizionunun 4-cü qrupunda yarışan ağdamlıların qolkiperi Zlomisliçin formasını geyindiyi Bosniya və Herseqovina millisi isə Seniçada Polşa futbolçularına qalib gəlib - 1:0.
Martin sonadək meydanda olub. Polyakların "Sabah"dakı təmsilçisi Timoteuş Puxaç görüşü kənardan izləyib.
4 turdan sonra xal ehtiyatını 8-ə çatdıran bosniyalılar qrupda 2-cı sırada qərarlaşıblar.

