Xəlilov qarşıdakı dörd ildə də federasiyanın prezidenti olacaq

Xəlilov qarşıdakı dörd ildə də federasiyanın prezidenti olacaq

“Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib.

"Mediasport" xəbər verir ki, əvvəlcə qurumun 2022-2025-ci illər ərzində görülən işlər barədə hesabatı təqdim olunub.

Gündəlikdəki məsələlər təsdiq olunduqdan sonra İctimai Birliyin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb və səsvermə nəticəsində yeni redaksiyada qəbul olunub.

Yığıncaqda federasiya rəhbərliyinə seçkilər də keçirilib.

Səsvermənin nəticələrinə əsasən, Rauf Xəlilov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Zakir İbrahimov və Anar Əzimov vitse-prezidentlər, Kamran Qasımov, Zaur İbrahimov və Kamal İbrahimov isə İdarə Heyətinin üzvləri seçiliblər.

Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Afaq Zeynalova sədr, Nigar İbrahimova və Səmayə Rəsulzadə isə üzv seçiliblər.