Cennaro Qattuzo paytaxt klubu ilə 2 illik müqavilə bağladı - RƏSMİ

Cennaro Qattuzo paytaxt klubu ilə 2 illik müqavilə bağladı - RƏSMİ

İtaliya futbolunun əfsanələrindən Cennaro Qattuzonun yeni iş yeri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, veteran yarımmüdafiəçi məşqçilik karyerasını ölkəsində davam etdirəcək.

O, "Latsio" ilə anlaşıb. 48 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Qattuzo son olaraq ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyən İtaliya millisinin baş məşqçisi olub.

Paytaxt Roma təmsilçisi "Latsio" A Seriyasında 2025/2026-cı illər mövsümünü 54 xalla 9-cu sırada başa vurub.