"Bunu düşünən idmançı UFC-yə gəlməsə, yaxşıdır" - Tofiq Musayev

"UFC-də iştirak etmək bu sahədə döyüşən hər bir idmançının arzusudur. Bu turnir tam başqa səviyyədədir".
"Mediasport" xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC turnirində döyüşəcək azərbaycanlı idmançı Tofiq Musayev mətbuat konfransında deyib.
O, Azərbaycanı layiqincə təmsil etmək üçün əlindən gələni edəcəyini bildirib:
"Döyüşə yaxşı hazırlaşmışam. Rəqibə uyğun taktikalar seçmişəm. Hər şey plana uyğun gedir. Hazırda 35 yaşım var. Yaş mənim üçün önəmli deyil. Bunu düşünən idmançı UFC-yə gəlməsə, yaxşıdır".
Musayev bildirib ki, döyüşə yaxşı start vermək çox önəmlidir:
"Döyüşə necə başladınsa, elə də davam edəcəksən. Bütün fikrimi Mıqtıbek Orolbay ilə görüşə yönəltmişəm. Düşünürəm ki, bu yarış azərbaycanlı MMA döyüşçüləri üçün yaxşı stimul olacaq. Onlar də gələcəkdə bu təşkilatda mübarizə aparmağa çalışacaqlar".
Qeyd edək ki, Tofiq Musayev iyunun 21-də Bakı Kristal Zalında qırğızıstanlı Mıqtıbek Orolbay ilə üz-üzə gələcək.