Ramiz Məmmədovun şikayəti təmin edildi - Cəzası endirildi
Apellyasiya Arbitraj Tribunalı Azərbaycan 1-ci liqasında yarışan "Mingəçevir" komandasının baş məşqçi Ramiz Məmmədovla bağlı şikayətinə baxıb.
"Mediasport" xəbər verir ki, qurum müraciəti qismən təmin edib.
Mütəxəssisin dörd oyunluq cəzasının biri İntizam Məcəlləsinin 19-cu maddəsinə uyğun olaraq təxirə salınıb. R.Məmmədova 6 aylıq sınaq müddəti təyin edilib.
Xatırladaq ki, Ramiz Məmmədov 15-ci turun "Şəfa" ilə oyununun 45-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb və İntizam Komitəsinin qərarı ilə 4 oyunluq cəzalandırılıb.
