Region birincilikləri keçiriləcək

12-13 sentyabrda U-14 və U-17 yeniyetmələr arasında Şimal bölgəsi üzrə region birincilikləri keçiriləcək.
"Mediasport" xəbər verir ki, turnirlərdə Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən cüdoçuları mübarizə aparacaq.
Yarışların keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir. U-17 üzrə birinciliklər milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.