"Kəpəz" Qırtımovla yollarını ayırdı

"Kəpəz" İlkin Qırtımovla yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, "sarı-göylər"lə müqaviləsi başa çatan müdafiəçi komandanı tərk edib.
34 yaşlı futbolçu ötən mövsüm Gəncə təmsilçisinin heyətində 17 oyuna çıxıb.
İlkin Qırtımov karyerası ərzində "Neftçi", "Zirə", "Şamaxı" və "Qəbələ" klublarında da forma geyinib.