Ronaldo və Messinin oynadığı komandalar finala çıxa bilmədilər

Asiya Çempionlar Liqası və KONKAKAF Çempionlar Liqasında (ABŞ) yarımfinal görüşləri keçirilib.
"Mediasport" xəbər verir ki, dünya ulduzları - Kristiano Ronaldo və Lionel Messinin komandaları finala çıxa bilməyiblər.
40 yaşlı superulduzun formasını geyindiyi Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu final yolunda Yaponiyanın "Kavasaki Frontale" komandasına uduzub - 2:3.
Messili "İnter Mayami" isə Kanadanın "Vankuver" klubunun öhdəsindən gələ bilməyib.
İlk matçda 0:2 hesabı ilə məğlub olan ABŞ təmsilçisi bu dəfə 1:3 hesabı ilə uduzub.