Türkiyə Kubokunun qalibi və superkubokun cütləri bəlli oldu
2025/2026 mövsümündə Türkiyə Kubokunun qalibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, "Trabzonspor" həlledici oyunda "Konyaspor"u məğlub edərək (2:1) 10-cu dəfə bu titula yiyələnib.
Kuboku başı üzərinə ən çox qaldıran klub "Qalatasaray"dır (19 dəfə). "Beşiktaş" 11, "Fənərbaxça" isə 7 dəfə Türkiyə Kubokunun qızıl medallarına sahib çıxıb.
Xatırladaq ki, Türkiyə Superkuboku üzrə mübarizədə "Qalatasaray" "Konyaspor"la, "Fənərbaxça" "Trabzonspor"la üz-üzə gələcək.


