Rövşən Nəcəf böyük zəfər münasibətilə "Sabah"ı təbrik etdi
AFFA prezidenti Rövşən Nəcəf UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan "Sabah" klubunu təbrik edib.
"Mediasport" xəbər verir ki, qurum rəhbərini təbrik mesajını şəxsi sosial şəbəkə hesablarında paylaşıb:
“Sabah” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edirəm!
Komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram".
Qeyd edək ki, "Sabah" pley-offda iki oyunun nəticəsinə görə İsrailin "Hapoel" Beer-Şeva klubunu məğlub (6:4) edərək tarixində ilk dəfə qatıldığı turnirin əsas mərhələsinə vəsiqə qazanıb.


