Sabir Zeynalovdan gümüş medal
Parataekvondoçumuz Sabir Zeynalov (58 kq) Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən Açıq Çelenc turnirində iştirak edib.
"Mediasport" xəbər verir ki, o, 1/8 finalda rusiyalı Timur Baitimirov, 1/4 finalda monqolustanlı Tyemirbyek Khaulyet, yarımfinalda isə özbəkistanlı Fayoz Valijonov üzərində qələbə qazanaraq finala yüksəlib.
İdmançımız həlledici mərhələdə türkiyəli Ali Can Özcan ilə mübarizədə son raundda məğlub olaraq gümüş medal qazanıb.
Xatırladaq ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.


