Parataekvondoçularımızdan Antalya turnirində 4 bürünc medal
Azərbaycanın parataekvondoçuları Antalya şəhərində keçirilən Türkiyə Açıq Beynəlxalq Turnirində 4 medal qazanıblar.
"Mediasport" xəbər verir ki, təmsilçilərimiz uğura K44 kateqoriyasında nail olublar.
Səmayə Həsənova (47 kq), Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və İmaməddin Xəlilov (70 kq) bürünc mükafat əldə edib.
