Minayə Əkbərova Qazaxıstanda bu dəfə qızıl medal qazandı

Minayə Əkbərova Qazaxıstanda bu dəfə qızıl medal qazandı

Azərbaycan millisinin taekvondoçusu Minayə Əkbərova Qazaxıstanda keçirilən beynəlxalq turnirdə daha bir medal qazanıb.

"Mediasport" xəbər verir ki, 46 kq çəki dərəcəsində yarışan idmançımız bu dəfə Astanada "Kazakhstan Open" turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Təmsilçimiz üç gün əvvəl bu ölkədə baş tutan "Altay" çempionatında bürünc mükafatçı olmuşdu.

Xatırladaq ki, həmin yarışda böyüklərdən ibarət yığmamızın üzvləri - Cavad Ağayev (80 kq) gümüş, Elcan Əliyev (80 kq) bürünc mükafata sahib çıxmışdı.