"Sumqayıt"dan ayrılan Saşa İliç məşhur klubun baş məşqçisi oldu
"Sumqayıt"dan ayrılan Saşa İliçin işsiz günləri çox çəkməyib.
"Mediasport" xəbər verir ki, mütəxəssis Serbiya nəhəngi "Partizan"ın baş məşqçisi təyin edilib.
48 yaşlı çalışdırıcı paytaxt təmsilçisi ilə müqavilə bağlayıb.
Qeyd edək ki, geridə qalan mövsümü 3-cü pillədə tamamlayan "ağ-qaralar" Serbiyanın ikinci ən titullu klubudur.
Avropa Konfrans Liqasında mübarizə aparacaq 8 qat ölkə çempionu "Srvena Zvezda"dan sonra rekordçudur.
"Partizan"ın heyətində keçirdiyi oyun sayına görə də rekordçu olan İliç bu komandada ayrı-ayrı vaxtlarda 861 (600 rəsmi) dəfə forma geyinib, 160 qol vurub.
Xatırladaq ki, "Sumqayıt" İliçin rəhbərliyi altında mövsümü 41 xalla 7-ci sırada başa vurub.


