"Bayern"dən "qızıl dubl" - VİDEO

"Bayern"dən "qızıl dubl" - VİDEO

Almaniya Kubokunda 2025/2026 mövsümünün qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Bundesliqanın qızıl medallarına yiyələnən "Bayern" cari mövsüm ikinci dəfə kubok qazanaraq "qızıl dubl"a imza atıb.

Vensan Kompaninin komandası həlledici matçda "Ştutqart"ı məğlub edib (3:0).

Münhen təmsilçisi 21-ci dəfə Almaniya Kubokunu başı üzərinə qaldırıb.