Tahir Gözel “Qarabağ MecHack-9030”komandası ilə görüşdü
"Qarabağ"ın prezidenti Tahir Gözel “Qarabağ MecHack-9030”komandası ilə görüşüb.
"Mediasport" xəbər verir ki, görüş zamanı o, komandanın fəaliyyəti və gördüyü işlərlə yaxından tanış olub.
T.Gözel gənclərin STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) sahəsindəki təşəbbüslərini yüksək qiymətləndirərək onlara dəstəyini ifadə edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


