Taremi: "Bizi turnirdən çıxartmaq üçün əllərindən gələni etdilər"

Taremi: "Bizi turnirdən çıxartmaq üçün əllərindən gələni etdilər"

"Peşəkar futbolçular olaraq, bu şərtlər altında belə bir turnirdə yarışmaq mümkün deyil. Burada heç nə ədalətli deyil. Əgər FİFA bunun ədalətli olduğunu düşünürsə, bu, onların problemidir".

"Mediasport" xəbər verir ki, bu sözləri İran millisinin hücumçusu Mehdi Taremi deyib.

O, ABŞ-də keçirilən hər matçdan sonra Meksikada olan düşərgələrinə geri dönmələri ilə bağlı durumdan söz açıb:

"Bu problemi bizim üçün kim həll edəcək? FİFA? ABŞ? Mən bilmirəm. FİFA prezidenti Canni İnfantino Yeni Zelandiya matçından sonra paltardəyişmə otağına gəldi və bütün problemləri həll edəcəyini bildirdi. Lakin heç nə etmədi.

Hər matç üçün səyahət etmək məcburiyyətindəyik. Hər dəfə yoxlanışdan keçirik. Sietlda qalmağımıza icazə verilmir, Tijuanaya qayıtmalıyıq. Bizi turnirdən çıxartmaq üçün əllərindən gələni etdilər. Bu, mənim şəxsi fikrimdir. Onlar bizi bu turnirdən kənarda görmək istəyirlər".

İran yığması DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Misirlə üz-üzə gəlib (1:1).

Əmir Qalenuyinin baş məşqçisi olduğu kollektiv pley-offa vəsiqə qazana bilməyib.