UEFA Çempionlar Liqasında əsas mərhələnin matçları start götürür

UEFA Çempionlar Liqasında əsas mərhələnin matçları start götürür

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümü üçün əsas mərhələ start götürəcək.

"Mediasport" xəbər verir ki, qitənin bir nömrəli klub yarışının əsas mərhələsinin ilk turunun birinci oyun günündə 6 qarşılaşma keçiriləcək.

Azərbaycan çempionu "Qarabağ" Portuqaliyada meydana çıxacaqsa, rəqiblərimizdən "Atletik" Bilbaoda "Arsenal"ı qəbul edəcək.

Ümumilikdə 18 matçın baş tutacağı ilk turun görüşləri üç günü əhatə edəcək.


UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 1-ci tur


20:45 "Atletik" (İspaniya) - "Arsenal" (İngiltərə)

20:45 PSV (Niderland) - "Yunion San-Jiluaz" (Belçika)

23:00 "Real" M. (İspaniya) - "Olimpik" M. (Fransa)

23:00 "Yuventus" (İtaliya) - "Borussiya" D. (Almaniya)

23:00 "Tottenhem" (İngiltərə) - "Vilyarreal" (İspaniya)

23:00 "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)