Təcavüzə məruz qalmış milli üzvü Azərbaycan pasportu aldı - FOTO

Təcavüzə məruz qalmış milli üzvü Azərbaycan pasportu aldı - FOTO

Azərbaycanlı iş adamı Emin Ağalarovun dəvəti ilə Bakıda səfərdə olan rusiyalı fiqurlu konkisürən Veronika Jilina Azərbaycan pasportu alıb.

"Mediasport" xəbər verir ki, Rusiya millisinin sabiq üzvü bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Vətənində bir müddət əvvəl məşqçisi Sergey Rozanov tərəfindən cinsi zorakılığa məruz qalmış 16 yaşlı idmançı karyerasında yeni mərhələyə yeni ölkənin bayrağı altında başlamağa hazır olduğunu qeyd edib:

"Əziz dostlar, narahatlığınız üçün hamınıza təşəkkür edirəm. Çoxunuz məlumatlısınız ki, mən ağır onurğa zədəsi almışdım və uzun müddətli müalicə olunmuşam, həmçinin bərpa prosesi keçmişəm. Bu səbəbdən də iki mövsümdür (2023/24 və 2024/25) Rusiyada heç bir rəsmi yarışda iştirak etməmişəm. Mən artıq Rusiya millisinin üzvü deyiləm".

Qeyd edək ki, Rusiya Fiqurlu Konkisürmə Federasiyasının rəhbərli Anton Sixarulidze Jilinanın Azərbaycan yığmasına keçidinin təsdiqlənməyəcəyini açıqlamışdı.