AÇ: Kişi millimiz qalib gəldi, qadınlarımız bərabərə qaldılar

 AÇ: Kişi millimiz qalib gəldi, qadınlarımız bərabərə qaldılar

Gürcüstanın Batumi şəhərində şahmat üzrə Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi yarışda növbəti qələbəsini qazanıb.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlinin yer aldığı kollektivi Polşadan üstün olub (2.5:1.5).

Bunadək Slovakiyanı (3:1) məğlub edib Çexiya (2:2) ilə bərabərə qalan komandamız hazırda turnir cədvəlində beş xalla üçüncü pillədə qərarlaşıb.

Qadınlardan ibarət komandamız isə bu dəfə heç-heçə edib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət kollektiv Fransa ilə xalları yarı bölüb (2:2).

Qadınlarımız daha əvvəl Sloveniya (4:0) və Macarıstana (2.5:1.5) qalib gəlib. Yığmamız hazırda beş xalla dördüncü sırada yer alıb.

İsveçrə sistemi ilə keçirilən qitə birinciliyi oktyabrın 14-də yekunlaşacaq.