"Turan Tovuz" son oyununda Türkiyə klubunu darmadağın etdi
"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
"Mediasport xəbər verir ki, qərb təmsilçisi yerli "Gənclərbirliyi" ilə qarşılaşıb.
Görüş tovuzluların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Dioqo Balau, İbrahima Vaci, Alexandro Serrano və Faiq Hacıyev vurublar.
Xatırladaq ki, "Turan Tovuz" Ankaradakı hazırlıq çərçivəsində İranın U-21 yığması və Türkiyənin I Liqa təmsilçisi "Fatih Karagümrük"lə heç-heçə (1:1) edib, "Iğdır"a isə qalib (1:0: gəlib.


