"Neftçi" Belarus təmsilçisi ilə Bolqarıstanda qarşılaşacaq

 "Neftçi" Belarus təmsilçisi ilə Bolqarıstanda qarşılaşacaq

"Neftçi"nin UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Yuri Vernidubun komandası bu raundda Belarusun "Dinamo" (Minsk) kollektivi ilə üz-üzə gələcək.

Minsk təmsilçisi I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" komandasını mübarizədən kənarlaşdırıb.

"Ağ-qaralar"ın ilk matçı iyulun 23-də Bakıda, cavab görüşü iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe" stadionunda baş tutacaq.

Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsinə görə Belarus klubları UEFA-nın qərarı ilə ev oyunlarını fərqli ölkələrdə keçirirlər.