DÇ-2026: Türkiyə - Rumıniya matçının stadionu müəyyənləşdi

 DÇ-2026: Türkiyə - Rumıniya matçının stadionu müəyyənləşdi

Futbol üzrə DÇ-2026-nın final mərhələsinə yollanmağı hədəfləyən Türkiyə milli komandasının Rumıniya seçməsi ilə keçid pley-off oyununun stadionu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, martın 26-da baş tutacaq qarşılaşma İstanbulda yerləşən "Beşiktaş Park" arenasında keçiriləcək.

Görüş Bakı vaxtilə saat 21:00-da başlanacaq.

Xatırladaq ki, Vinçenso Montellanın baş məşqçisi olduğu "ay-ulduzlular" indiyədək bu stadionda çıxdığı 67 görüşün 29-da qalib gəlib, 22-də uduzub, 16 matç bərabərliklə yekunlaşıb.