Koxalski diqqət mərkəzində - UEFA polşalı ilə bağlı paylaşım etdi
"Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin Çempionlar Liqasının Liqa mərhələsinin "Napoli" ilə 5-ci tur matçında gözəl oyunu UEFA-nın diqqətindən qaçmayıb.
"Mediasport" xəbər verir ki, Avropa futbol təşkilatının sosial şəbəkə hesablarında Ağdam klubunun polşalı qolkiperinin İtaliya səfərində etdiyi "save"lər xüsusi qabardılıb.
Paylaşımda ən yaxşı qurtarışlar sırasında yer alan 25 yaşlı Koxalskinin görüşdə üç vacib qurtarışı və penaltini dəf etməsinə yer verilib.
Xatırladaq ki, Mateuş cari mövsüm UEFA Çempionlar Liqasının Liqa mərhələsində ümumilikdə 17 qurtarış edib.
UEFA-nın statistikasına görə "11-lik"
1. Nikita Haykin (“Budö Qlimt”) - 31 seyv
2. Xeronimo Rulyi (“Marsel”) - 29
3. Tibo Kurtua (“Real”) - 22
4. Nik Poup (“Nyukasl”) - 21
5. Neofitos Mixail (“Pafos”) - 20
6. Marko Karnesekki (“Atalanta”) - 18
7. Mark Flekken (“Bayer”) - 18
8. Nordin Yakers (“Brügge”) - 18
9. Vanya-Milinkoviç Saviç (“Napoli”) - 18
10. Anatoli Trubin (“Benfika”) - 18
11. Mateuş Koxalski (“Qarabağ”) - 17
