"Qarabağ" Azərbaycanı xeyli irəli saldı: UEFA-nın yekun reytinqi
UEFA 2025/2026-cı illər mövsümünün yekunlaşması ilə ölkələrin klub əmsalları cədvəlini yeniləyib.
"Mediasport" xəbər verir ki, ilk sıralarda dəyişikliklər olmayıb.
Azərbaycan mövsümü 27-ci pillədə başa vurub. Aktivində 22,937 əmsalı olan Azərbaycan Serbiya, Rumıniya, Bolqarıstan, İsveç, Şotlandiya və Avstriyanı geridə qoyub.
Ötən mövsümlə müqayisədə ciddi irəliləyiş əldə edən ölkə reytinqimizin yüksəlməsində payın böyük hissəsi "Qarabağ"ın hesabına reallaşıb.
Avrokuboklarda uğurla çıxış edən Ağdam təmsilçisi hesabımıza 18,750 xal qazandırıb.
Azərbaycanın aktivinə “Sabah” 2,500, "Araz-Naxçıvan" 1,500, "Zirə" isə 0,500 xal yazdıra bilib.
Xatırladaq ki, Azərbaycan UEFA yarışlarında 4 komanda ilə təmsil olunur.





