"Qarabağ" tarixində ilk dəfə Çempionlar Liqasının pley-offunda!

"Qarabağ" tarixində ilk dəfə Çempionlar Liqasının pley-offunda!

Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində son turun oyunları keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycanı yarışın əsas raundunda qürurla təmsil edən "Qarabağ" İngiltərədə tarixi qarşılaşmaya çıxıb.

Təmsilçimiz adlı-sanlı rəqibinə böyük hesabla uduzsa da, tarixi uğura imza ataraq ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb.

Qurban Qurbanovun komandası 10 xalla əsas raundu 22-ci sırada başa vurub.

Xatırladaq ki, Liqa mərhələsinin ilk 8 komandası birbaşa 1/8 finala, 8-24-cü yerlərin sahibləri isə pley-offa vəsiqə əldə ediblər.

Pley-off mərhələsinin püşkü yanvarın 30-da atılacaq.


UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 8-ci tur


“Liverpul” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) 6:0

Qollar: Aleksis Makallister, 15, Florian Virts, 21, Mohammed Salah, 50, Uqo Ekitike,57, Federiko Kyeza, 90.

Baş hakim: İvan Krujlyak

Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor

Dördüncü hakim: Peter Kraloviç (hamısı Slovakiya)

VAR: Pol van Boekel (Niderland)

AVAR: Yan Boterberq (Belçika)

Liverpul, “Enfld Roud” stadionu.

"Liverpul": Alisson Beker, Ceremi Frimponq, Rayan Qravenberx, Vircil Van Dayk (k), Endi Robertson, Florian Virts, Aleksis Makallister, Dominik Soboslai, Məhəmməd Salah, Uqo Ekitike, Kodi Qakpo.

Baş məşqçi: Arne Slot.

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Xoni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

Baş məşqçi: Qurban Qurbanov.