Ölkəmiz UEFA reytinqində gerilədi

Ölkəmiz UEFA reytinqində gerilədi

Avrokubokların əsas mərhələlərində növbəti tur görüşlərindən sonra ölkələrin UEFA reytinqi yenilənib.

"Mediasport" xəbər verir ki, Azərbaycan sıralamada geriləyib.

22.250 əmsalı olan ölkəmiz 1 pillə geriləyərək 26-cı pilləyə düşüb.

25-ci olan Ukraynanın 22.350, 27-ci sırada qərarlaşmış ən yaxın izləyicimiz Sloveniyanın isə 22.218 əmsalı var. 

Reytinqə 101.672 əmsalla İngiltərə başçılıq edir.