UEFA-ya yeni prezident seçiləcək?
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) 51-ci Konqresinin vaxtı və məkanı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, tədbir 2027-ci aprelin 22-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.
Əsas gündəlikdə quruma yeni prezident, həmçinin İcraiyyə Komitəsinə üzvlərin seçilməsi məsələsi yer alacaq.
Konqresdə UEFA-nın üzvü olan bütün 55 milli futbol assosiasiyasının nümayəndələri, UEFA prezidenti, İcraiyyə Komitəsinin üzvləri və FİFA, Avropa liqaları, klub assosiasiyaları və beynəlxalq idman təşkilatlarının nümayəndələri iştirak edəcəklər.


